Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol məşqçiləri İtaliyanın Koverçiano şəhərində keçiriləcək seminarda iştrak edəcək. Bu barədə cümə günü Trend - a Azrbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat verib.
Dekabrın 1- 4 - də keçiriləcək seminarda müxtəlif yaş qrupları üzrə yığma komandaların məşqçiləri - Yaşar Vahabzadə, Əfqan Talıbov, Mirbağır İsayev, Cəmaləddin Əliyev, Etibar Tanrıverdiyev, Baba Əsgərov və Ramiz Əhmədov iştirak edəcəklər.
Seminar UEFA - nın təşkilatçılığı ilə təşkil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]