Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Simurq" klubunun futbolçusu komandadan ayrılıb. Bu barədə Trend - a "Simurq"un mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, bu gün yarımmüdafiəçi mövqeyində çıxış edən Aqşin Ömərov klubun düşərgəsini tərk edib.
Ömərov 2006 - cı ildən "Simurq"da çıxış edirdi. Komandanın ukraynalı baş məşqçisi Roman Pokora Ömərovu Azərbaycan Premyer - Liqasının birinci dövrəsində əsas komandanın heyətində meydana buraxmayıb.
Baş məşqçi Ömərovu əvəzedici komandaya göndərmişdi. O, əvəzedici komandanın heyətində birinci dövrədə 1 qol vurub.
Klub rəhbərliyi Ömərova azad transfer hüququ verib. Futbolçu istədiyi klubda sərbəst edə bilər.
"Simurq" Premyer - Liqanın birinci dövrəsini 28 xalla 3 - cü pillədə başa vurub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]