...

Azərbaycan yığmasının kapitanı İspaniyanın "Valiyadolid" futbol klubundan rəsmi dəvət alıb

Cəmiyyət Materials 3 Dekabr 2008 22:39 (UTC +04:00)
Azərbaycan yığmasının kapitanı İspaniyanın "Valiyadolid" futbol klubundan rəsmi dəvət alıb

Azərbaycan, Bakı, 3 dekabr/ Trend , müxbir R.Ergün/ R.Grqön/ Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov İspaniyanın "Valiyadolid" futbol klubundan rəsmi dəvət alıb. Futbolçu baxışa dəvət olunub. Bu barədə Trend a futbolçuya yaxın mənbələrdən məlum olub.

Sadıqovun özü bu məlumatı təstiqləyib. Onun sözlərinə görə, İspaniya klubu ona rəsmi dəvəti bu gün göndərib. Futbolçu deyib ki, İspaniyaya getməklə bağlı qəti qərara gəlməyib. O, son qərarı yaxın günlərdə verəcəyini bildirib.

Anoloji təklif idmançıya Türkiyənin "Boluspor" futbol klubundan da gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti