...

Futbol üzrə Azərbaycan yığma komandası oyunçusunun "Muğan" klubuna borcu var

Cəmiyyət Materials 6 Dekabr 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının oyunçusu Zeynal Zeynalovun "Muğan" klubuna borcu var.

"Zeynalovun "Muğan"da pulsuz oynaması ilə bağlı dedikləri əsassız ittihamlardır. Biz hamıdan çox ona pul verirdik. Kapitan olduğundan, başqa futbolçulardan fərqləndirirdik. Hətta Zeynalova borc pul da vermişik", - şənbə günü Trend - a "Muğan" klubunun icraçı direktoru Fizuli Əliyev deyib.

Zeynalov bir müddət əvvəl "Muğan"dan kənarlaşdırılıb. Azərbaycan yığma komandasının üzvü açıqlamasında bildirib ki, klubda çox az maaş alıb.

İcraçı direktor Zeynalovun nizam - intizam qaydalarına əməl etmədiyi üçün komandadan kənarlaşdırıldığını deyib.

"Kubokda "Xəzər -Lənkəran" a 0:3 hesabı ilə məğlub olduqdan sonra, mənə yaxınlaşıb maaşını istədi və bildirdi ki, yoxsa "Bakılı" ilə çox vacib oyunun hazırlığında iştirk etməyəcək "Bakılı" ilə oyunda isə qırmızı vərəqə alıb, komandanın məğlubiyyətinə səbəb oldu. Daha sonra baş məşqçi onun transferə çıxarılmasını tələb etdi. Mən də rəhbərliklə məsləhətləşdim və . Onların razılığı ilə Zeynalovu kənarlaşdırdıq", - deyə Əliyev əlavə edib.

"Muğan"ın baş məşqçisi Vladislav Qədirovdur.

Klub rəsmisi Zeynalova azad transfer hüququ verəcəklərini bildirib."Onun bizə borcu var. Borcunu qaytarandan sonra azad transfer hüququ verəcəyik. Bundan sonra istədiyi kluba keçə bilər".

Əliyev komandanın vidalaşmaq istədiyi futbolçuların adlarının dəqiqləşdirildiyini deyib."Heyətdən kənarlaşdıracağımız futbolçuların adları məlumdur. Dekabrın 10 - da yerli futbolçularla məşqlərə başlayacağıq. Baş məşqçi son qərarını da onda verəcək".

"Muğan" Azərbaycan Premyer -Liqasının birinci dövrəsini 5 xalla 12 - ci yerdə başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti