...

Kəbənin örtüyü dəyişdirilib

Cəmiyyət Materials 7 Dekabr 2008 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr / Trend / Bu gün səhər saatlarında Kəbənin üstünə salınan xüsusi örtük dəyişdirilib. Bu haqda Əl-Cəzirə telekanalı dekabrın yeddisində məlumat verib.

Kəbənin üzərinə salınmış xüsusi örtük artıq neçə yüz ildir ki mütəmadi olaraq hər il Zil-Hiccə ayının doqquzunda dəyişdirilir. Yeni örtük təmiz ipəkdən hazırlanıb və üzərində qızıl saplarla toxunmuş Quran ayələri yazılıb. Örtüyün hazırlanmasına altı milyon ABŞ dolları sərf olunub.

Məqalə müəllifi ilə əlaqə - [email protected]

Xəbər lenti

Xəbər lenti