...

Avropa Məhkəməsi sabiq səhiyyə naziri tərəfindən işdən çıxarılmış azərbaycanlı həkimin şikayəti ilə bağlı qərar çıxarıb

Cəmiyyət Materials 8 Dekabr 2008 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Avropa Məhkəməsi sabiq səhiyyə naziri tərəfindən işdən çıxarılmış azərbaycanlı həkimin şikayəti ilə bağlı ikinci qərarını çıxarıb.

Hüquq Maarifçiliyi Cəmiyyətindən Trend -a verilən məlumata görə, Avropa İnsan Haqları Məhkəməsi dekabrın 11-də Azərbaycan vətəndaşı Lətifə Əfəndiyevanın şikayəti ilə bağlı qərarını açıqlayacaq. Avropa Məhkəməsinin 25 oktyabr 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi ərizəçinin İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyət hüuqu) ilə təminat verilən hüquqlarının pozulmasını tanıyıb.

Əfəndiyeva birinci ərizəsində onun Respublika Doğum Evinin baş həkimi vəzifəsinə bərpası barədə qətnamənin icra edilməməyindən şikayət verib.

Əfəndiyeva 29 dekabr 1993-cü ildə səhiyyə naziri Əli İnsanovun əmri ilə Respublika Doğum Evinin baş həkimi vəzifəsindən azad edilib.

9 sentyabr 1994-cü ildə Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə Əfəndiyeva işinə bərpa olunsa da, İnsanov məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırıb. Məhkəmə qərarını icra etmədiyi üçün hazırda həbsdə olan sabiq səhiyyə naziri barəsində 10 yanvar 1995-ci ildə cinayət işi açılıb. Sonrada həmin cinayət işi xitam olunub.

Əfəndiyeva ötən il iyulun 11-də səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə əvvəlki işinə bərpa olunub.

Avropa Məhkəməsi ilk qərarında ədalətli kompensasiya məsələsini həll etməyərək bildirib ki, əgər hökumət ərizəçinin pozulmuş hüquqlarını 3 ay müdətinə bərpa etməzsə, kompensasiya üzrə şikayətə baxılacaq.Avropa Məhkəməsi kompensasiya ilə bağlı məsələyə yenidən baxaraq qərar qəbul edib.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri Əli Insanov 2008-ci ildə məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazirə verilən cəzanın 3 ili Əfəndiyevanın işi ilə bağlı çıxarılan məhkəmə qətnaməsinin icra olunmamasına görə təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti