...

Azərbaycanlı voleybolçuların çıxış etdiyi Türkiyə klubu CEV kubokunda qələbə qazanıb

Cəmiyyət Materials 11 Dekabr 2008 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı voleybolçuların - Valeriya Korotenko və Oksana Parxomenkonun çıxış etdiyi Türkiyənin "Fənərbaxça Acıbadem" klubu Avropa Voleybol Konfederasiyasında (CEV) qələbə qazanıb.

CEV kubokunun 1/8 final mərhələsinin ilk oyununda, səfərdə Belarusun "Atlant" komandası ilə görüşən Türkiyə klubu 3:1 hesabı ilə qələbə qazanıb.

"Fənərbaxça Acıbadem"lə "Atlant" arasında cavab görüşü dekabrın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək. İlk oyundakı qələbədən sonra Türkiyə komandasının CEV-in 1/4 final mərhələsinə vəsiqə qazanmaq şansı daha çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti