...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubunun prezidenti komanda üzvləri ilə görüşb

Cəmiyyət Materials 12 Dekabr 2008 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubunun prezidenti Necib Çarıkçı komandanın məşqçi heyəti ilə və futbolçularla görüşüb. Bu barədə Türkiyə mətbuatı xəbər verib.

"Qarşıda bizi "Karşıyaka" ilə oyun gözləyir. Birinci dövrəni yuxarı pillələrdə başa vurmaq üçün bu oyunda qələbə qazanmağımız vacibdir. Mən növbəti dəfə "Boluspor"un "Giresunspor"la görüşdə olduğu kimi, zəif oyununu görmək istəmirəm", - Çarıkçı deyib.

"Boluspor" "Giresunspor"la görüşdə 0:1 hesabı ilə məğlub olub. Bu oyundan sonra 15 xalı olan komanda 11-ci yerdədir.

Qurbanov Türkiyənin birinci liqasında çıxış edən "Boluspor"a bu ilin yayında "Sivasspor" klubundan transfer olunub. Azərbaycanlı futbolçu zədəli olduğu üçün "Giresunspor"la görüşdə iştirak etməyib.

"Boluspor"la "Karşıyaka" arasındakı oyun dekabrın 14-də Bolu şəhərində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti