...

Azərbaycan məhkəməsi Əbu Bəkr məscidinin fəaliyyətinin bərpasına icazə verməyib

Cəmiyyət Materials 23 Dekabr 2008 16:54 (UTC +04:00)
Azərbaycan məhkəməsi Əbu Bəkr məscidinin fəaliyyətinin bərpasına icazə verməyib

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan məhkəməsi Əbu Bəkr məscidinin fəaliyyətinin bərpasına icazə verməyib.

Trend - un məlumatına görə, çərşənbə axşamı Bakının Nərimanov rayon məhkəməsində keçirilən iclasda  Nərimanov rayon dindarlarının dini icmasının iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilib.

Trend - un arayışı: Bu il avqustun 17 - də, təqribən saat 20.50 - də Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən və Nərimanov rayon dindarlarının dini icmasının toplaşdığı Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb, terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Oktyabrın sonunda Bakının Nərimanov rayon məhkəməsi məscidin fəaliyyətinin bərpa edilməsi barədə qərar çıxarıb, lakin daha sonra bu qərar Əbu Bəkr məscidində təxribat təhlükəsi barədə məlumatlara malik olan rayon Polis İdarəsinin iddiası əsasında dəyişdirilib.

İcmanın nümayəndəsi, vəkil Cavanşir Süleymanov Trend -a bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Vəkilin sözlərinə görə, ölkədaxili məhkəmə instansiyalarında iddiaları ilə bağlı ədalətli qərar çıxarılmazsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti