...

Azərbaycan diasporu Ermənistana qarşı informasiya müharibəsində qələbə qazanır – Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 30 Dekabr 2008 13:33 (UTC +04:00)
Azərbaycan diasporu Ermənistana qarşı informasiya müharibəsində qələbə qazanır – Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 30 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov hesab edir ki, Azərbaycan diasporu Ermənistana qarşı informasiya müharibəsində qələbə qazanır.

"Bütün beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar ölkə kimi tanıyır və Azərbaycanı zərərçəkən tərəf kimi qəbul edir. Bütün dünya Xocalı faciəsini tanıyır", - deyə çərşənbə axşamı jurnalistlərə İbrahimov bildirib.

Dövlət Komitəsinin rəhbəri Azərbaycan diasporunun başqa qurumlardan geri qalması fikri ilə razı deyil. "Onların hamısı qısa müddət ərzində müsbət nəticələr əldə edən Azərbaycan diasporundan xeyli əvvəl fəaliyyət göstərməyə başlayıb. Azərbaycan və Avropa diasporları arasında dostluq əlaqələri qurulub; Avropa lobbisi Azərbaycan diasporunun gücünü tanıyır", - deyə Dövlət Komitəsinin sədri bildirib.

O bildirib ki, Ermənistan diasporu Azərbaycan diasporunun hər bir addımını təhlil edir, bu da bizim təşkilatların nüfuzundan xəbər verir. "Diasporun arxasında güclü dövlət və müdrik prezidentin qayğısı dayanır", - deyə İbrahimov bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20% - i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

1992 - ci il fevralın 25 - dən 26 - na keçən gecə Ermənistan Silahlı Qüvvələri Xankəndidəki rus alayının köməyi ilə Xocalını mühasirəyə alaraq, müxtəlif növlü odlu silahlardan şəhəri fasiləsiz atəşə tutub.

Xocalı faciəsi zamanı həlak olan 613 nəfərdən 106 nəfəri qadın, 63- ü uşaq, 70 -i isə yaşlı insanlar olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib, 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti