...

Məşhur Moskva teatrı Bakıya gəlir

Cəmiyyət Materials 7 Yanvar 2009 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar/ TrendLife, müxbir Eldar Hüseynzadə/Moskva musiqili teatrı  "Qelikon-Opera"-nın 50-yə yaxın solisti Juzeppe Verdinin "Traviata" tamaşası ilə Bakıya gəlir. Tamaşa yanvarın 16 və 18 - də "UNS" teatrının səhnəsində göstəriləcək. Bu haqda məlumatı   TrendLife-a Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov verib. O, tamaşalarda Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrına dirijorluq edəcək.

Biletlərin qiyməti - 50-60 manatdır.

Keçən il "Qelikon-Opera" Bakıya Jorj Bize-nin "Karmen" operası ilə gəlib. İl ərzində teatr 200-ə yaxın tamaşa göstərir. Fəaliyətinin 18 ili ərzində teatr Avstriya, Böyük Britaniya, İspaniya, ABŞ, Fransa və digər ölkələrdə qastrol səfərlərində olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti