...

Azərbaycanın Peşəkar Futbol Liqasının prezidenti TFF-nin rəhbərliyi ilə görüşəcək

Cəmiyyət Materials 14 Yanvar 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ilə görüşəcək.

"Türkiyə Futbol Federasiyasına gedib, ordakı vəziyyətlə tanış olmaq istəyirəm. İmkan olsa, Türkiyə klublarının vəziyyəti ilə də maraqlanacağam. Burda əsas məqsəd Azərbaycan Premyer-Liqası ilə Türkiyə futbolu arasındakı fərqi görmək, lazım olarsa, nələri isə öyrənməkdir", - çərşənbə günü Trend -a Musayev deyib.

Musayev PFL-in prezidenti vəzifəsinə 2008-ci ildə təyin olunub.

PFL-in prezidenti deyib ki, o, Türkiyəyə futbol hakimləri ilə gedəcək.

"Yanvarın 17-də Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimlər Antalyaya təlim-məşq toplanışına gedəcəklər. Türkiyəyə səfərim zamanı hakimlərin hazırlığında da iştirak edəcəyəm", - Musayev əlavə edib.

Türkiyədəki təlim-məşq toplanışında 50 azərbaycanlı futbol hakimi iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti