...

Dünya azərbaycanlıları 20 Yanvar  qurbanlarını yad edəcəklər

Cəmiyyət Materials 14 Yanvar 2009 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın diaspor təşkilatları 20 Yanvar faciəsinin 19-ci ildönümü il əlaqədar anım mərasimləri keçirəcəklər.   

Anım mərasimlərini Rusiya, Kanada, Ukrayna, Belarus, Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Tayland, Pakistan, Avstriya, Yeni Zelandiya, Şimali Kipr, Gürcüstan, Özbəkistan, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları təşkil edəcəklər. Dünya azərbaycanlıları bir sıra aksiyalar vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatdıracaqlar,- Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilib. 

Trend - un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 131 insan öldürülüb, onlardan 117-si azərbaycanlı, 6 nəfəri rus, 3 nəfəri yəhudi, 3 nəfəri  tatar olub.  744  nəfər ağır xəsarət alıb, 4 şəxs itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran), 26 nəfər qətlə yetirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti