...

Türkiyənin "Qalatasaray" klubunun keçmiş məşhur futbolçusu Azərbaycana gələ bilər

Cəmiyyət Materials 22 Yanvar 2009 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend News, müxbir R.Ergün/ Futbol üzrə Türkiyə milli komandasının və "Qalatasaray" klubunun keçmiş məşhur futbolçusu Ergün Pembe Azərbaycana gələ bilər. Bu barədə "Bakı" klubunun saytına hazırda Türkiyənin "Hacettepe" klubunda məşqçi işləyən Pembe özü  məlumat verib.

"Hacettepe" klubu ilə Türkiyə Superliqasında uğurlu çıxış etmək istəyirik. Bunu bacarsaq, Azərbaycandakı dostlarımı ziyarət eməyə gələcəyəm", Pembe deyib.

Bir gün əvvəl "Bakı" klubu Antalyadakı toplanış çərçivəsində "Hacettepe" ilə yoxlama oyunu keçirib və 0:2 hesabı ilə məğlub olub.

Türkiyəli məşqçi bildirib ki, Bakının "Neftçi" klubunda çıxış edən futbolçular - Suat Usta və Ali Cansun onun yaxın dostlarıdır.

Pembe 1999-cu ildə Bakıda keçirilən Azərbaycan və Türkiyə milli komandalarının yoldaşlıq oyununda iştirak edib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti