...

Azərbaycanlı futbol hakimləri Türkiyədə yoxlama oyunlarını pulsuz idarə edirlər – PFL-in prezidenti

Cəmiyyət Materials 22 Yanvar 2009 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar/ Trend , müxbir R.Ergün/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın futbol hakimləri idarə etdikləri oyunlara görə pul almırlar. Bu barədə Trend -a Antlayada olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev telefonla məlumat verib.

"Burda hakimlərimizə olan münasibət çox yaxşıdır. Onlar gün ərzində 4-5 oyun idarə edirlər. Başqalarından fərqli olaraq, bizim hakimlər yoxlama oyunlarını pulsuz idarə edirlər. Bunu ona görə edirik ki, bizim referilərin daha çox oyun idarə etmək imkanı olsun", - Musayev deyib.

Azərbaycanlı futbol hakimləri Türkiyəyə yanvarın 17-də gediblər.

Antalyada hazırlıq keçən 50 futbol hakimiylə yanaşı, AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da təlim-məşq toplanışında iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti