...

Türkiyə klubunda çıxış edən azərbaycanlı futbolçunun debütü uğurlu olub

Cəmiyyət Materials 26 Yanvar 2009 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Türkiyənin "Kocaelispor" klubunun heyətində debütü uğurlu olub.

Türkiyə Superliqasının 17-ci turu çərçivəsində "Hacettepe" komandası ilə görüşən "Kocaelispor" 4:0 hesabı ilə qələbə qazanıb.

Sadıqov 90 dəqiqə meydanda olaraq, 34-cü dəqiqədə oyunun baş hakimi tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

"Kocaelispor"da çıxış edən digər azərbaycanlı futbolçu - Ramal Hüseynov "Hacettepe" ilə oyunda iştirak etməyib.

"Kocaelispor" 17 turdan sonra 12 xalla 17-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti