...

Azərbaycanlı şahmatçı fransalı rəqibi ilə görüşdə heç-heçə edib

Cəmiyyət Materials 29 Yanvar 2009 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Rəsul İbrahimov Bəhreyndə keçirilən beynəlxalq turnirin 5-ci turunda heç-heçə edib. Bu barədə Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı şahmatçının heç-heçə etdiyi idmançı Fransanı təmsil edən Sami Şoker olub.

Hazırda hesabında 3,5 xal olan İbrahimov 104 şahmatçı arasında 13-cü yerdədir.

Turnirə fevralın 2-də yekun vurulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti