...

Türkiyənin "Kocaelispor" klubu bu gün "Qalatasaray"ın keçmiş futbolçusu ilə müqavilə bağlaya bilər

Cəmiyyət Materials 30 Yanvar 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubu bu gün "Qalatasaray"ın keçmiş futbolçusu Fatih Akyellə müqavilə bağlaya bilər. Bu barədə cümə axşamı Türkiyə mətbuatı məlumat verib.

"Kocaelispor" klubunun rəhbərliyi Akyeli Türkiyə Superliqasında komandanın müdafiə xəttinin sağ cinahında oynatmaq üçün transfer etmək istəyir. Kocaeli komandasının əvvəl bu mövqedə çıxış edən futbolçusu Serkan Yanıkın zədələnərək, 6 həftə oynaya bilməyəcəyi məlum olub.

Türkiyə yığma komandasında çıxış edən Akyel 2000-ci ildə "Qalatasaray" klubunun heyətində UEFA kubokunu qazanıb.

"Kocaelispor"da Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov və "Bakı" klubunun keçmiş üzvü Ramal Hüseynov çıxış edir.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti