...

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Cəmiyyət Materials 31 Yanvar 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar / Trend , müxbir S. Kazımlı / Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib. Naməlum şəxslər taksi sürücüsünə hədə-qorxu gələrək, onun avtomobilini və mobil telefonu əlindən alıblar, - şənbə günü Trend -a Suraxanı rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

RPİ-dən bildiriblər ki, yanvarın 30-da saat 15:00 radələrində iki naməlum şəxs Bakıxanov qəsəbəsində həmin qəsəbənin sakini 24 yaşlı Ramil Məmmədovun idarə etdiyi "VAZ - 21 07" markalı avtomobilə sərnişin qismində əyləşərək ,onları Əmircan qəsəbəsinə aparmağı xahiş edib. Qəsəbəyə çatanda naməlum şəxslər bıçaqla sürücüyə hədə-qorxu gələrək, telefonunu və avtomobilini alaraq qaçıblar. Hadisədən bir müddət sonra avtomobil rayon ərazisində tapılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilib tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti