Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubu braziliyalı futbolçu Otasinyo Da Silvanı baxışdan keçməyə dəvət edib. Bu barədə bazar ertəsi Trend -a klubun mətbuat xidməti məlumat verib.
"Neftçi" klubunun məşqçiləri braziliyalı futbolçunu fevralın 4-də, Qazaxıstanın "Tobol" komandası ilə keçiriləcək yoxlama oyununda sınayacaqlar.
Mətbuat xidmətinin məlumatına görə, baxışa dəvət olunan digər legioner futbolçu - belaruslu Oleq Straxanoviç bəyənilməyərək geri göndərilib.
"Neftçi"nin baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]