Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda yeni fəaliyyətə başlayan radiostansiya gələn həftədən dinləyicilərə yeni verilişlər təqdim edəcək.
"Növbəti həftədən başlayaraq siyası, sosial mövzularda, eləcə də gənclər üçün nəzərdə tutulan tok-şoular hazırlayacağıq", - çərşənbə günü Trend -a "Media FM" radiosununu icraçı direktoru Tural Əlıyev (Tural Badi Kubə) bildirib.
Trend -un arayışı: Azərbaycanın yeni radiostansiyası "Media FM" fevralın 10-dan 105.5 FM dalğasında fəaliyyətə başlayıb.
"Media FM" radiosunu Milli Televiziya və Radio Şurasının 2008-ci ilin payızında 105.5 MHz tezliyi üzrə elan etdiyi müsabiqənin qalibi olmuş "Digital Media" Məhdud Məsuliyyətli Cəmiyyət təsis edib.
Əliyev deyib ki, yeni radiostansiya sosial-əyləncə xarakterli verilişlərə daha çox yer ayıracaq. "Biz həm də mütəxəssis rəylərinə, canlı bağlantılara və xüsusi reportajlara üstünlük verəcəyik", - icraçı direktor əlavə edib.
Onun sözlərinə görə, gələn həftədən bir siyası, bir sosial və bir gənclər üçün tok-şoular efirdə yayımlanacaq. Xəbərlərə gəldikdə, icraçı direktor bu məsələyə də xüsusi önəm verdiklərini qeyd edib. "Fevral ayında hər saatda bir dəfə xəbər proqramımız olacaq. Mart ayında isə hər saatda iki dəfə xəbərləri yayınlamağı nəzərdə tuturuq", - Əliyev vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]