...

Almaniyanın caz qrupu Azərbaycanda konsert verəcək

Cəmiyyət Materials 12 Fevral 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Şəki, 12 fevral / Trend , müxbir X.Əkbərova/ Almaniyanın caz qrupu fevralın sonunda Azərbaycanda konsert verəcək.

Trend -un məlumatına görə, Almaniyanın ölkəmizdəki səfirliyinin dəvəti ilə Azərbaycana gələcək "Berlinin səsləri" ("Berlin Vouses") qrupu ilk konsertini Şəkidə verəcək (paytaxt Bakıdan 352 kilometr şimal-qərbdə). Fevralın 28-də səkkiz nəfərlik alman caz qrupunun konsert proqramı Şəkinin uşaq musiqi məktəbində nəzərdə tutulub.

Mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və təbliği məqsədilə keçirilən konsert bir günlük proqramla yekunlaşacaq.

Bundan sonra caz qrupu Sumqayıt və paytaxt Bakıda konsert proqramı ilə çıxış edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti