...

Azərbaycanda "Uşaqlar - müaharibələr və hərbi müanaqişələr" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 23 Fevral 2009 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir  K. Zərbalıyeva/ Azərbaycanda mayın sonunda "Uşaqlar - müaharibələr və hərbi müanaqişələr" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Azərbaycan ombudsmanı Elmira Süleymanova bazaar ertəsi Xocalı soyqrımının 17-ci ildönümü münasibətilə keçirdiyi tədbirdə bu barədə məlumat verib və bildirib ki, tədbirədə BMT Baş katbinin müavini və Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Radkixa Kumarasvami, xarici ölkə ombudsmanları da iştirak edəcəklər.

Ombudsman bildirib ki, BMT rəsmisinin Azərbaycana səfəri zamanı Quba məzarlığı ilə tanışlıq nəzərdə tutulub.

Süleymanova deyib ki, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, Ermənistanın Azərbaycana təcavüzünə obyektiv qiymət verilməsi məqsədilə Təhsil Nazirliyi ilə birgə keçirilən kampaniya nəticəsində 200 minə yaxın məktəblidən imza toplanılıb.

Həmin imzaların Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndə Kumarasvamiyə göndəriləcəyini deyən Süleymanova bildirib ki, beynəlxalq qurumlardan regionda sülhün bərqərar olması və günahkarların cəzalandırılması tələb olunur.

Trend -un arayışı: Azərbaycanın Baş Prokurorluğu Xocalı soyqırımı ilə bağlı istintaqı davam etdirir və soyqırımda təqsirli bilinən şəxslər beynəlxalq axtarışa verilib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti