...

Azərbaycanlı şahmatçılar Avropa çempionatında iştirak edəcəklər

Cəmiyyət Materials 2 Mart 2009 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend News, müxbir S.Aslanov / Azərbaycanlı şahmatçılar kişilər və qadınlar arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən məlumat verilib.

Çernoqoriyanın Budva şəhərində keçiriləcək kişilərin yarışına martın 5-də start veriləcək. Çempionat martın 19-da başa çatacaq.

Qadınlar mübarizəyə martın 7-də qoşulacaqlar. İki həftə davam edəcək yarış Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti