...

Müsəlman xalqları müasir dünyada müasirləşməyə ehtiyac duyur – Qafqaz müsəlmanlarının dini lideri

Cəmiyyət Materials 6 Mart 2009 11:51 (UTC +04:00)
Müsəlman xalqları müasir dünyada müasirləşməyə ehtiyac duyur – Qafqaz müsəlmanlarının dini lideri

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir C.Babayeva /

Misirdə "İslam ideyasının modernləşdirilməsi" mövzusuna həsr edilmiş konfransın açılış mərasimində Qafqaz müsəlmanlarının dini lideri Allahşükür Paşazadə bildirib ki, müsəlman xalqları müasir dünyada zaman ilə ayaqlaşmaq üçün müasirləşməyə ehtiyac duyur. Bu barədə cümə günü Trend -a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.  

İslam məsələləri üzrə Ali Şura tərəfindən təşkil olunan və Misir Prezidenti Hüsnü Mübarəkin sədri olduğu "İslam ideyasının modernləşdirilməsi" konfransı martın 5-dən 8-dək Misirdə keçirilir. Tədbirdə 95 müsəlman və qeyri-müsəlman dövlətlərin nümayəndələri, habelə onlarla beynəlxalq, regional və ərəb dini təşkilatların təmsilçiləri iştirak edirlər. 

Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Ali Şuranın üzvü Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Səfirliyin məlumatında bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və onun səbəbləri barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Konfransın açılışında İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu da çıxış edib. Açılışda Misir Prezidenti Hüsnü Mübarəkin adından çıxış edən Baş nazir Əhməd Nazif prezidentin müraciətini və Məhəmməd peyğəmbərin ad günü münasibəti ilə bağlı təbriklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti