...

Hans-Yurgen Gede "Neftçi" FK-nın baş məşqçi postundan uzaqlaşdırılıb

Cəmiyyət Materials 7 Mart 2009 12:05 (UTC +04:00)
Hans-Yurgen Gede "Neftçi" FK-nın baş məşqçi postundan uzaqlaşdırılıb

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir E.Hüseynli /

"Neftçi" futbol klubunun baş məşqçisi Hans-Yurgen Gede vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar futbol klubunun rəhbərliyinin bugünkü iclasında qəbul edilib", - Trend -a şənbə günü "Neftçi" FK-nın mətbuat katibi Səbuhi Səfiyarlı məlumat verib.

Almaniyalı mütəxəssisin istefasına səbəb "Neftçi" FK-nın əldə etdiyi qeyri-kafi nəticələr olub.

Səfiyarlının sözlərinə görə, hazırda klubun baş məşqçisi vəzifəsini Böyükağa Ağayev icra edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti