...

Dövlət qulluqçuları korrupsiyaya qarşı mübarizə metodları sahəsində maarifləndirilir

Cəmiyyət Materials 13 Mart 2009 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir K.Zərbalıyeva /

Dövlət qulluqçuları korrupsiyaya qarşı mübarizə metodları sahəsində maarifləndirilir. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən cümə günü Trend -a verilən məlimata görə, martın 12-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya "Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Strategiyasına dəstək" (AZPAC) layihəsi çərçivəsində Avropa Şurası və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilatçılığı ilə "Dövlət qulluğu sahəsində korrupsiya halları barədə məlumat vermə və məlumat verənin müdafiəsi üçün qaydaların hazırlanması" mövzusunda təlim keçirib.

Təlimə dövlət orqanlarında daxili nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrin əməkdaşları cəlb edilib.

Təlimdə Avropa Şurasının AZPAC layihəsinin məsləhətçisi cənab Kventin Rid korrupsiyaya qarşı mübarizənin başlıca prinsip və dəyərlərinin mənbələri, dövlət orqanları daxilində baş verən pozuntular barədə məlumatın ötürülməsi, ictimaiyyətin korrupsiyaya qarşı mübarizənin üsulları barədə məlumatlandırılması mövzularında bəzi Avropa ölkələrinin təcrübəsinə toxunub.

Təlim iştirakçıları dövlət qulluqçusunun müxtəlif situasiyalarda korrupsiyaya qarşı mübarizənin üsullarının tətbiqi qaydalarına əməl etməsi barədə fikir və təcrübə mübadiləsi aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti