...

Azərbaycanda abituriyentlər üçün sınaq imtahanlarına gələn həftə start veriləcək

Cəmiyyət Materials 2 Aprel 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 12-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirəcək.

"İlk sınaq imtahanı Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Quba, Şəmkir, Qazax, Yevlax, Sabirabad, Biləsuvar və Kürdəmir şəhərlərində keçiriləcək", - cümə axşamı TQDK-nın yaydığı məlumatda bildirilib.

Məlumatda deyilir ki, sınaq imtahanlarına yazılış internet vasitəsilə aparılacaq. Bunun üçün abituriyentlər qiyməti altı manat olan və iki imtahana yazılmaq imkanı verən TQDK-nın "ödəmə kartı"nı əldə etməlidir. Həmin kartları aprelin 3-dən etibarən bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar. Bundan sonra abituriyentlər ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə TQDK-nın internet saytının müvafiq səhifəsində sınaq imtahanına yazılmalıdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti