Azərbaycan, Bakı, 01 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Apellyasiya və Ekspert Komitəsinin bu gün keçirilən iclasında Bakının "Neftçi" klubunun şikayətinin təkrarən baxılması üçün yenidən İntizam Komitəsinə göndərilməsi barədə qərar çıxarılıb.
Premyer Liqanın XXIII turu çərçivəsində 26 aprel 2009-cu il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununun 60-cı dəqiqəsində baş hakim Rövşən Əhmədov tərəfindən "Neftçi" klubunun futbolçusu Dmitri Kruqlova göstərilən sarı vərəqənin ləğv edilməsi, "Qarabağ" klubunun futbolçusu Zaur Ramazanova qırmızı vərəqə verilməsi və hakimin cəzalandırılması ilə bağlı "Neftçi" PFK AFFA-nın İntizam Komitəsinə müraciət etmişdi. İntizam Komitəsi isə qeyd olunan epizodda hakimin göstərdiyi vərəqələrin düzgün olması ilə bağlı qərar çıxarmışdı. Bununla əlaqədar, "Neftçi" PFK 29 aprel 2009-cu il tarixində AFFA rəhbərliyinə ünvanladığı müraciətdə İntizam Komitəsinin qərarına Apellyasiya və Ekspert Komitəsi tərəfindən baxılmasını xahiş etmişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]