...

Azərbaycanın Saatlı rayonunda müasir sutəmizləyici qurğular istifadəyə verilib

Cəmiyyət Materials 5 May 2009 12:43 (UTC +04:00)

Azərbaycan, Saatlı, 05 may / Trend , müxbir N.Rəhimova /

Azərbaycanın Saatlı rayonunun Dəllər, Mustafabəyli və Fətəlikənd kəndlərində çərşənbə axşamı "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğuların açılış mərasimi keçirilib.

"Quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Dəllər kəndinin 2150 nəfər əhalisi gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 11 bulaq, Mustafabəyli kəndinin 2169 nəfər əhalisi gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 8 bulaq, Fətəlikənd kəndinin 2832 nəfər əhalisi isə gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 9 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər", - açılış mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.   

Trend -un arayışı: Azərbaycan Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" və "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında" Sərəncamlarına əsasən, Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində işlər həyata keçirilir.

Ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon, 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti