...

Azərbaycanda dələduzluqda ittiham olunan tikinti şirkətinin rəhbərliyi barəsindəki cinayət işi gələn həftə məhkəməyə göndəriləcək

Cəmiyyət Materials 16 May 2009 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda dələduzluqda ittiham olunan tikinti şirkətinin rəhbərliyi barəsindəki cinayət işi baxılması üçün gələn həftə məhkəməyə göndəriləcək.

"Gen" MMC tikinti şirkətin rəhbəri Elburus Əliyevin vəkili Telman Qasımov şənbə günü Trend -a bildirib ki, cinayət işinin istintaqı yekunlaşıb və tərəflərin cinayət işinin materialları ilə tanışlığı başa çatıb.

Trend -un arayışı: Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq (178.3.2) maddəsi ilə ittiham olunan Əliyev və şirkətin digər əməkdaşları 400-ə yaxın vətəndaşdan ev tikmək məqsədilə pul alıb. Lakin şirkət rəhbərliyi vətəndaşlara nə ev tikib, nə də pullarını qaytarıb.

Əliyev ötən il iyunun 11-də saxlanılıb. Şirkət rəhbərinin müavini Nəbi Məmmədov və şirkətin mühasibi Həbib Ağayev də bu iş üzrə təqsirləndirilərək həbs olunublar.

Vəkilin sözlərinə görə, ittiham aktı təsdiq olunması üçün Baş Prokurorluğa göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti