Azərbaycan, Bakı, 17 may / Trend müxbir D.İbrahimova/ Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Çempionatının qalibi rusiyalı Yevgeniya Kanayeva olub. İkinci yerə digər rusiyalı idmançı Vera Sesina layiq görülüb. Üçüncülük isə ukraynalı Anna Bessonovanın qismətinə düşüb.
Mayın 15-də Bakıda Bədii Gimnastika üzrə 25-ci Avropa çempionatı start götürüb. Yarışın təşkili məsuliyyətini öz üzərinə Azərbaycan Gimnastika Federasiyası götürüb. Yarışlarda 32 ölkədən 186 gimnast iştirak edib.