...

Azərbaycan parlamentində Bakıda məscidlərin fəaliyyətinin dayandırılması ilə bağlı məsələ müzakirə edilib

Cəmiyyət Materials 22 May 2009 13:18 (UTC +04:00)
Azərbaycan parlamentində Bakıda məscidlərin fəaliyyətinin dayandırılması ilə bağlı məsələ müzakirə edilib

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir A.Hwseynbala /

Azərbaycan parlamentinin deputatı son vaxtlar Bakıda bir neçə məscidin fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirilməsinə istəyib.

"Dindarlar arasında ajiotaj yaratmamaq üçün məscidin təmirə dayandırıldığı, yaxud başqa səbəbdən bağlanılması haqda obyektiv məlumat verilməlidir", - müxalif Ümid Partiyasını sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan edib ki, müvafiq sənədləşmə işindən sonra paytaxtdakı "İlahiyyat" məscidi fəaliyyətini davam etdirəcək.

"Bakı Dövlət Universitetinin yaxınlığındakı "İlahiyyat" məscidi ilə bağlı heç bir təhlükə yoxdur. Məscid qeydiyyatdan keçəndən sonra fəaliyyətə başlayacaq", - cümə axşamı Media Mərkəzində "Dini etiqad haqqında" qanuna edilən son dəyişikliklər vicdan azadlığını məhdudlaşdırırmı?" mövzusunda keçirilən debatda Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirib.

"İlahiyyat" məscidinin fəaliyyəti müvafiq olaraq dayandırılıb.

"Neft Daşlarındakı məscid qeydiyyatdan keçməyib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən bildiriblər ki, Neft Daşlarının 60 illiyi münasibətilə orada müəyyən tədbirlər görülür və bu tədbirlər cərçivəsində məscidlə bərabər bəzi tikintilər də sökülüb. Bu tikililər gil qatı üzərində tikilib. ARDNŞ məscidin sonradan tikiləcəyini bildirib", - deyə İsmayılov vurğulayıb.

İsmayılov deyib ki, Yasamal rayonunda məscid adı ilə inşa olunan qanunsuz tikintinin sökulməsinə heç kim din əleyhinə don geyindirə bilməz. "Həmin məscidin sahibinə bizim komitə tərəfindən məscidin qanunsuz inşa olunduğu barədə dəfələrlə xəbərdarlıq edilib", - o deyib.

Yasamal ərazisində "Peyğəmbər" adı ilə fəaliyyət göstərən məscid ötən ayın sonu məhkəmənin qərarı ilə sökülüb.

Bu gün Azərbaycanda 998 məscid fəaliyyət göstərir.

"Son illər Azərbaycanda dindarlara diqqət kifayət qədər artırılıb, yeni məscidlər yaradılıb. Ona görə dindarlar arasında əsassız ajiotaj yaratmağa ehtiyac yoxdur", - Milli Məclis sədrinin müavini Bahar Muradova Ümid Partiyasının sorğusuna cavabında bildirib.

Onun sözlərinə görə, bu cür məsələləri parlamentdə yox, müvafiq qurumlarda müzakirə etmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti