...

Azərbaycan məhkəməsi Seçki Monitorinqi Mərkəzinin qeydiyyatını bərpa etməyib

Cəmiyyət Materials 22 May 2009 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın Ali Məhkəməsi qeydiyyatı ləğv olunan Seçki Monitorinqi Mərkəzinin kassasiya şikayətini qəbul etməyib.

Kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin sədrliyi ilə keçən məhkəmə zamanı qəbul edilməyib. "Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb", - Trend -a mərkəzin nümayəndəsi İntiqam Əliyev deyib.

Bakının Xətai Rayon Məhkəməsi Seçki Monitorinqi Mərkəzinin qeydiyyatını 14 may 2008-ci ildə ləğv edib.

Bu məqsədlə Ədliyyə Nazirliyinin Baş notarial idarəsi məhkəməyə müraciət edib.

Seçki Monitorinqi Mərkəzi qeydiyyatdan keçmək üçün sənədləri Ədliyyə Nazirliyinə ilk dəfə 14 mart 2006-cı ildə təqdim edib.

Nazirlik sənədləri texniki xarakterli istinad edərək sənədləri qəbul etməyib. Seçki mərkəzini beş dəfə qeydiyyatdan keçirməkdən imtina edilib.

Seçki Monitorinqi Mərkəzi dövlət qeydiyyatını ötən ilin fevralında əldə edib.

Əliyevin sözlərinə görə, Ali məhkəmənin qərarının qəbulundan sonra Avropa  Məhkəməsinə müraciətin hazırlanmasına başlanılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti