...

Azərbaycanda futbol hakimini döyən baş məşqçı cəzalandırılıb

Cəmiyyət Materials 26 May 2009 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda futbol hakimini döyən baş məşqçı cəzalandırılıb.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildirilib ki, İntizam Komitəsinin qərarı iləhəvəskarlar arasında XI ölkə çempionatının "Dənizçi" - "Mil" matçının 55-ci dəqiqəsində yerli komandanın azarkeşləri tərəfindən kütləvi intizamsızlıq törədildiyi və hakimlərə fiziki təsir göstərildiyi üçün meydan sahibi "Dənizçi" komandası növbəti oyunlarını başqa stadionda və azarkeşsiz keçirəcək.

Həmçinin oyunun 90-cı dəqiqəsində "Dənizçi" komandasının 15 nömrəli futbolçusu Heydər Məmmədov, 8 nömrəli futbolçusu Anar Süleymanov və baş məşqçisi İxtiyar Asyabi hakimlərə fiziki təsir göstərdikləri üçün hər iki futbolçu 10 oyunluq, baş məşqçi isə 20 oyunluq cəzalandırılıb.

23 mayda Azərbaycan kubokunun "İnter" və "Qarabağ" komandaları arasında keçirilən final oyunundan sonra təşkil olunan mətbuat konfransında "İnter" klubunun baş məşqçisi iştirak etmədiyi üçün klub 1000 (min) manat cərimə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti