...

Rus yazıçısının Azərbaycan xalqı barədə təhqiramiz fikirləri ölkə ziyalıları tərəfindən kəskin tənqid olunub

Cəmiyyət Materials 29 May 2009 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir Zarina Əhmədova /

Rus yazıçısı Mixail Morqulisin Azərbaycan və onun xalqı barədə təhqiramiz fikirləri Azərbaycan ziyalıları tərəfindən kəskin tənqid olunub. 

"Azərbaycan və onun xalqı barədə barədə təhqiramiz fikirlər söyləməzdən öncə, Azərbaycanın tarixi, mədəniyyəti və döblət quruluşu ilə tanış olmaq yazıçıya mane olmazdı", - cümə günü Trend -a AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.  

Cəfərov hesab edir ki, yazıçı olduqca kobud səhvə yol verib. "Onun fikirləri heç nəyə əsaslanmır. Buna görə də bu fikirlərin nə elmi, nə də intellektual dəyəri yoxdur", - deputat deyib.

Deputatın sözlərinə görə, bir çoxları Qafqaz regionunda ən mədəni, ən siyasi və demokratik inkişaf etmiş xalqın erməni xalqı olduğunu sübut etməyə çalışıblar və çalışırlar, onlar Qafqazdakı müsəlman ölkələrini qeyri-demokratik, faşist sistemi ilə eyniləşdirirlər.

"Lakin bu belə deyil və Morqulis Azərbaycanın zəngin etnik, mənəvi və əxlaq potensialı olan, terror və vəhşiliyə qadir olmayan ölkə olduğunu öyrənməyə tənbəllik edib", - Cəfərov deyib.   

Trend -un arayışı:  Floridadan olan amerikalı jurnalist Metyu Malkholma müsahibəsində məşhur rus yazıçısı Mixayil Morqulis azərbaycanlılar haqqında təhqiramiz fikirlər söyləyib. O, hətta Azərbaycanda mövcud olan quruluşu nasist Almaniyanın rejimi ilə müqayisə edib. Müsahibədən bir parça: "Azərbaycan keçmiş SSRİ ölkəsidir - çox ənənəvi və konservativ islam ölkəsidir. Vəhşi mövhümatçılar bataqlığıdır. İnsanları şüarlarla vəhşilərə çevirirlər. Nasist Almaniyasının zamanında da hər şey belə idi....." (bax http://life.trend.az/sitylife/1478168.html)

"Rus yazıçısı Mixail Morqulisin Azərbaycan haqqında fikirləri çirkin, ləyaqətsiz və alçaqdır. Onlar hətta şərh edilməyə belə layiq deyil",- cümə günü Trend -a Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

Mirzəzadənin sözlərinə görə, Morqulis kimi insanlar imperiya tərzində düşünürlər, digər xalqların hisslərinə hörmət etmək qabiliyyətində deyillər. "Hörmət hissinin yad olmadığı Rusiya ziyalısı ilə böyük məmuniyyətlə mübahisə edərdim. Bu yazıçını tanımıram, lakin Rusiyada hələ də ibtidai düşüncənin mövcud olmasına təəsüf edirəm", - deputat əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti