...

Azərbaycanda ali təhsil məktəblərinə qəbul imtahanlarının tarixi elan edilib

Cəmiyyət Materials 5 İyun 2009 11:54 (UTC +04:00)
Azərbaycanda ali təhsil məktəblərinə qəbul imtahanlarının tarixi elan edilib

Azərbaycan, Bakı, 05 iyun / Trend , müx K.Zərbəliyeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cümə günü ölkənin ali məktəblərinə qəbul imtahanlarının tarixini elan edib.

Birinci qrup ixtisasları üzrə imtahanlar iyulun 12-də, ikinci qrup üzrə iyulun 24-də, üçüncü qrup üzrə iyulun 5-də, dördüncü qrup üzrə iyulun 18-də keçiriləcək, TQDK-nın sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

Azərbaycanın ali təhsil məktəbləri və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları üzrə 114274 abituriyent öz "elektron ərizələrini" təsdiq etdirib. Birinci qrup üzrə "elektron ərizələri" 36221 abituriyent, ikinci qrup üzrə 25354, üçüncü qrup üzrə 36116, dördüncü qrup üzrə 16583 abituriyent təsdiq etdirib.

Abituriyentlərin 55844-ü oğlan, 58390 nəfəri qızdır. Onlardan 102221 nəfər Azərbaycan bölməsinə, 12063 nəfər rus bölməsinə daxil olmaq üçün ərizə verib.

Bu il Azərbaycan ali təhsil məktəblərinə 149 ixtisas üzrə qəbul olacaq.

Üçüncü qrupa həmçinin Azərbaycan DİN-in Polis Akademiyası, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Bakı Yanğın-Texniki Məktəbi, dördüncü qrupa eləcə də hərbi liseylər, Tibb Universitetinin orta ixtisas tibb məktəbi, ikinci qrupa həmçinin Dövlət Sərhəd Xidmətinin Akademiyası daxildir.

Rus bölməsinin abituriyentləri iyulun 21-də Azərbaycan dili üzrə imtahan verəcəklər.

Attestatları əldə etdikdən sonra məktəb məzunları öz attestat ballarını elektron ərizəyə daxil etməlidirlər.

Ali təhsil məktəblərinin magistratura pilləsi üzrə imtahanların 2-ci mərhələsi iyunun 21-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti