...

Azərbaycanda tikinti şirkətinin bir qrup rəhbər işçisinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 2 İyul 2009 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycanda tikinti şirkətinin bir qrup rəhbər işçisinin məhkəməsi başlayıb.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə cümə axşamı "GEN" MMC şirkətinin rəhbərinin müavini Nəbi Məmmədov, xəzinədar Həbib Ağayev, baş mühasib Əliyar Abbasovun işi üzrə ba. tutan hazırlıq iclasında məhkəmə baxışının iyulun 13-də keçirilməsi qərara alınıb.

Adıçəkilən şəxslər rəsmi sənədləri saxtalaşdırmaqla şirkətə məxsus külli miqdarda pulu mənimsəməkdə ittiham olunurlar.

Şirkətin direktoru Elburus Əliyev bu iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

Həmin Məhkəmədə iyulun 8-də "GEN" MMC-nin dələduzluqda günahlandırılan rəhbəri Elburus Əliyev və daha 9 nəfərin işi üzrə hazırlıq iclası keçiriləcək.

Onlar Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluqetmə (178.3.1-ci və 178.3.2-ci) maddələri ilə təqsirləndirilirlər.

İstintaqla müəyyən edilib ki, Elburus Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına "Nəcibə", Həbib Ağayevin adına "GEN" və öz adına "Uğurlar", "Elgün E" və "GEN Holdinq" məhdud məsuliyyətli cəmiyyətlər təsis edib. Həmin cəmiyyətlərin bir neçə işçisindən ibarət mütəşəkkil dəstə yaradılıb.

Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Bakı şəhəri Xətai, Nəsimi və Yasamal rayonlarının, habelə Abşeron rayonunun ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və həmin binalardan vətəndaşlara mənzillərin satılacağı barədə kütləvi informasiya vasitələrində reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti