...

Futbol üzrə Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək matçın hakimlərinin adı açıqlanıb

Cəmiyyət Materials 3 İyul 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir C.Babayeva /

2010-cu il Dünya Çempionatının seçmə mərhələsi oyunları çərçivəsində avqustun 12-də Azərbaycan və Almaniya milli komandaları arasında keçiriləcək matçın hakimləri məlum olub.

AFFA-dan Trend -a verilən məlumata görə, irlandiyalı Alan Kelli oyunun baş hakimi təyin olunub. Ona həmyerliləri - laysmanlar Mark Duqlas və Damyen Makqrat kömək edəcək. Ehtiyat hakim funksiyasınıYan Sroks yerinə yetirəcək.

Matçın hakim-inspektoru italiyalı Luçiano Luçi, komissarı isə belçikalı Jan Mari Filipsdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti