...

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan Livan vətəndaşı "Hizbullah" və SEPAH-la əlaqələrindən danışıb

Cəmiyyət Materials 8 İyul 2009 14:45 (UTC +04:00)
barmaqliq shekli!!!!!!!
İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan Livan vətəndaşı "Hizbullah" və SEPAH-la əlaqələrindən danışıb

Azərbaycan, Bakı, 08 iyul / Trend , muxbir H.Bağırov / 

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan Livan vətəndaşı "Hizbullah" və "SEPAH"la (İran İnqilabı Keşikçiləri Korpusu) əlaqələri barədə bu gün məhkəmədə ifadə verib.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə (ümumilikdə 13 maddə ilə) ittiham olunanların ikisi - Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn Livan, qalan 4 nəfər - Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Azərbaycan vətəndaşlarıdır.

Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportlarının olduğu bildirilir.

Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər.

Livan vətəndaşı  Nəciməddin Əli Hüseyn bildirib ki, "Hizbullah"a gənc yaşlarından rəğbəti olub. Onun sözlərinə görə, 1985-ci ildə bu təşkilatla ilk görüşü Bir-əl-Aabad məscidində baş tutub. Bundan sonra terror təşkilatının funksionerləri ilə mütəmadi görüşləri olub. 1986-cı ildə təşkilatın nəzdində ilk hərbi təlimlərini keçib və 1993-2006-cı illərdə İsrail ordusuna qarşı döyüşlərdə iştirak edib. 2007-ci ildə təşkilatın rəhbərlərindən olan Hacı Abbasın göstərişi ilə İrana gəlib. İranda SEPAH-ın rəhbəri ilə görüşüb. Ona İsrailin Azərbaycandakı səfirliyini nəzarətə götürmək, səfirliyə girib-çıxanlar barədə məlumat toplamaq tapşırığı verilib. Bu xidməti müqabilində ona ilkin olaraq 15 min dollar məbləğində pul verilib.

"SEPAH-ın üzvləri deyirdilər ki, Azərbaycanda bir neçə İran vətəndaşının İsrail səfirliyi ilə əlaqələri var və orada mütəmadi görüşürlər", - deyə təqsirləndirilən bildirib.

O qeyd edib ki, bu məqsədlə səfirliyin yerləşdiyi "Hyyat Park"la üzbəüz binada mənzil kirayələyib və binoklla səfirliyə gəlib-gedənlərə nəzarət edib.

Əli Hüseyn sonradan milli təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs olunub.

O, özünü elan olunan ittihamlar üzrə təqsirli bilməyib.

Təqsirləndirilən 4 Azərbaycan vətəndaşı isə qapalı prosesdə ifadə verməkdən imtina ediblər. Onlar açıq məhkəmə prosesinin keçirilməsini tələb ediblər.

Proses şahid ifadələri ilə davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti