Azərbaycan, Bakı, 03 avqust / Trend , muxbir H.Bağırov /
Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Təqsirləndirilənlər Vüqar Hüseynov və Rauf Abdullayev 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə hərbi təlimlər keçiblər. Onlar həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Hər iki şəxs orada bir neçə ay döyüşdükdən sonra Azərbaycana qayıdıblar. Bu ilin yanvarında hər iki şəxs Milli Təhlükəszilik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.
Onlar Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə (279.1), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318-ci) və s. maddələri ilə təqsirləndirilirlər.
Pakistanda və Əfqansitanda döyüşməkdə ittiham olunan daha 13 Azərbaycan vətəndaşının məhkəməsi isə davam edir.
Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]
Pakistan və Əfqanıstandakı qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş azərbaycanlı şəxslərin məhkəməsi başlayıb
Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.