...

Azərbaycanın avarçəkənləri dünya çempionatını 14-cü pillədə başa vurublar

Cəmiyyət Materials 8 Avqust 2009 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust  / Trend , muxbir F.Huseynli /

Fransanın Briv la Qayard şəhərində keçirilən yeniyetmələr arasında akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri Teymur Kutseba və Aleksandr Qlotovdan ibarət duet çıxışını başa vurub. 2 nəfərlik sükansız qayıqda (JM2-) mübarizə aparan avarçəkənlərimiz bu kateqoriyada 26 iştirakçı cütlük arasında 14-cü yeri tutub.

Son olaraq, C finalına qatılan həmyerlilərimiz yalnız ABŞ təmsilçilərindən cəmi 170 mikrosaniyə geri qalıblar. Kutseba - Qlotov dueti 2000 metr məsafəni bu dəfə 6 dəqiqə 54 saniyə 540 mikrosaniyəyə (6:54.54) qət edib. Bununla da azərbaycanlı cütlük dünya çempionatında özlərinin ən yüksək şəxsi göstəricisinə nail olub. Avarçəkənlərimiz eyni məsafədə finiş xəttini seçmə mərhələdə 6:55.73, ¼ finalda 7:03.86, yarımfinalda isə 6:57.46 dəqiqəyə keçiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti