Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /
Artıq Azərbaycanın bütün məscidlərində cümə namazı qılınacaq. "Ölkədə bütün məscidlərdə cümə namazlarının qılınması bərpa ediləcək, şiələr və sünnilər arasında ayrı-seçkilik salmaq yolverilməzdir", - çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə idarənin bu gün Bakıda keçirilən 12-ci qurultayında bildirib.
QMİ-nin sədri bütün ölkədə fəaliyyət göstərən məscid rəhbərlərinə cümə namazları üçün lazımi şərait yaratmağı tapşırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]