...

Azərbaycan öz irsi və mənsubiyyəti ilə fəxr edir - ABŞ Prezidentinin müsəlman məsələləri üzrə müşaviri

Cəmiyyət Materials 28 Avqust 2009 14:52 (UTC +04:00)
"Azərbaycan zəngin mədəniyyətə və tarixə malikdir, Azərbaycan xalqı irsi və mənsubiyyəti ilə fəxr edir", - Trend News-a müsahibəsində ABŞ Prezidenti Barak Obamanın müsəlman məsələləri üzrə müşaviri Dalia Mocahed deyib.
Azərbaycan öz irsi və mənsubiyyəti ilə fəxr edir - ABŞ Prezidentinin müsəlman məsələləri üzrə müşaviri

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir Ü.Sadıxova /

"Azərbaycan zəngin mədəniyyətə və tarixə malikdir, Azərbaycan xalqı irsi və mənsubiyyəti ilə fəxr edir", - Trend -a müsahibəsində ABŞ Prezidenti Barak Obamanın müsəlman məsələləri üzrə müşaviri Dalia Mocahed deyib.

Qərb və Şərq münasibətlərində Azərbaycandakı dini tolerantlığı formul kimi istifadə etməyə gəlincə Mocahed deyib ki, bir qərar hamı üçün qəbul edilən ola bilməz.

"Hər bir cəmiyyət bu və ya digər qərarı öz unikal xarakteri ilə uyğunlaşdırmalıdır", - "Qalep" İislam Tədqiqat Mərkəzinin (Gallup Center for Muslim Studies) başçısı və ABŞ-ın dini tərəfdaşlıq və qonşuluq üzrə Məsləhətçi Şurasının (Advisory Council on Faith-Based and Neighborhood Partnerships) üzvü Mocahed bildirib.

Beynəlxalq dini tolerantlıq günü Azərbaycanda 1999-cu ildən qeyd olunur. Ölkə əhalisinin 96 faizini təşkil edən müsəlmanlarla yanaşı, respublikada xristian və yəhudilər də yaşayır. Azərbaycanda digər dini konfessiyalara qarşı tolerantlığı nəzərdə tutan "Dini etiqad azadlığı haqqında" qanun qəbul edilib.

Beynəlxalq təşkilat və mütəxəssislərin hesabatlarına görə, Azərbaycan müxtəlif dini konfessiyalara malik bir çox ölkələrə nümunədir.

2009-cu ildə Bakı Azərbaycanın dünyada dini tolerantlığın irəlilədilməsinə verdiyi töhfəyə görə İslam mədəniyyətinin paytaxtı seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti