İran dəniz quldurları ilə mübarizə məqsədilə Ədən körfəzinə 2 hərbi gəmi göndərib. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat verib.
"Xark və Sabalan adlı iki hərbi gəmi bü gün Ədən körfəzi və Somali sahillərində İran gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Bəndər Abbas limanından hərəkət edəcək", - deyə İran Hərbi Dəniz Qüvvələrinin birinci region üzrə komandiri Fəriborz Qadiripənah bildirib.
O əlavə edib ki, indiyədək həmin regiona iki dəfə hərbi gəmi qrupu göndərilib. "Xark və Sabalan hərbi gəmilərində 388 nəfər gəmi ekipajı var. Onlar iki ay müddətinə Ədən körfəzində öz vəzifə borclarını yerinə yetirəcəklər.