Ərəb Ölkələri Liqasının baş katibi Əmr Musa Küveyt qəzeti "Əl-Cəridə"yə müsahibəsində İranı ərəb ölkələrinin daxili işlərin' müdaxilə etməkdə günahlandırıb.
Baş katibin ittihamı Fələstin muxtariyyəti, Livan, İraq və Yəmənin daxili işlərinə müdaxilə ilə bağlıdır.
Musa ziddiyyəti aradan qaldırmaq üçün ərəb ölkələri ilə Tehran arasında təcili dialoqun vacibliyini bildirib.