...

Bu gün İran Parlamenti yeni Nazirlər Kabinetinin digər namizədlərinə də səs verəcək

Cəmiyyət Materials 2 Sentyabr 2009 12:11 (UTC +04:00)

Bu gün axşam İran Parlamenti yeni Nazirlər Kabinetinə təqdim olunmuş namizədlərin səsverməsini keçirməlidir. Bu barədə ölkənin qanunverici orqanının rəyasət heyətinin üzvü Muhəmməd Rza Mirtacdini deyib, İLNA agentliyi məlumat verib.

İran Parlamenti ölkə prezidenti tərəfindən təklif olunmuş yeni Nazirlər Kabinetinin tərkibinin müzakirələrinin dördüncü günü səkkiz namizədin müzakirəsini aparacaq.

Mirtacdininin sözlərinə görə, rəyasət heyəti bu gün səsvermənin keçirilməsinə çalışır. Digər namizədləri nəzərə almaqla müzakirələr bu günkü iclasda başa çatmalıdır.

Mirtacdini deyib ki, onun proqnozuna əsasən, təqdim olunmuş namizədlərdən üçü və ya dördü lazım səsi yığa bilməyəcək.

Parlamentarilərin bugünkü iclasında sənaye, mədəniyyət, daxili işlər, elm, mənzil və şəhərsalma, neft, energetika, əmək nazirləri vəzifəsinə namizədlərin müzakirəsi gözlənilir.

Bir gün əvvəl İran Parlamenti hökumətin yeni tərkibinin müzakirəsinə başlayıb. Müzakirələr çərçivəsində ölkənin ali qanunvericilik orqanı keçən həftə ölkə Prezidneti Mahmud Əhmədinejad tərəfindən təklif edilmiş namizədlərin siyahısını müzakirə etməlidir. Bu barədə RİA Novosti Frans-Press-ə istinadən məlumat verib.

Keçən axşam parlamentin üçüncü iclasında səhiyyə, kooperativlər, kənd təsərrüfatı, prokurorluq, müdafiə, nəqliyyat və sosial müdafiə nazirləri vəzifəsinə namizədlərin müzakirəsi aparılıb.

Yeni Nazirlər Kabinetinə namizədlərin müzakirəsi bazarı günü başlayıb.

Əhmədinejad İranda iyunun 12-də keçirilmiş prezident seçkilərində qalib gəlib. Müxalifətin məğlub lideri Mir Hüseyn Musəvinin tərəfdarları hökuməti səsvermənin nəticələrini təhrif etməkdə ittiham edib və nəticələrin ləğvinə çağırıblar. Tehranda kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, təxminən min nəfər həbs edilib.

İranın Nəzarət Şurasının keçirdiyi səslərin yenidən qismən hesablanması yekun nəticələrə təsir etməyib. Prezident seçkilərinin qalib Əhmədinejad elan olunub.

Xəbər lenti

Xəbər lenti