...

Azərbaycan ombudsmanı həbs olunmuş gənclərin işi ilə bağlı məhkəməyə müraciət edib

Cəmiyyət Materials 2 Sentyabr 2009 17:19 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, müraciətdə gənclər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəza növlərinin seçilməsinin mümkünlüyünə baxılması xahiş olunur.
Azərbaycan ombudsmanı həbs olunmuş gənclərin işi ilə bağlı məhkəməyə müraciət edib

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan ombudsmanı Elmira Süleymanova həbs olunmuş gənclərin işi ilə bağlı Bakının Səbayıl rayon məhkəməsinə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, müraciətdə gənclər barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəza növlərinin seçilməsinin mümkünlüyünə baxılması xahiş olunur.

Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Milli (Abdullayev) və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.

Onlar xuliqanlıqda (221) və qəsdən sağlamlığa az ağır zərər vurmaqda (127) ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Ombudsman gənclərin işi ilə bağlı aldığı çoxsaylı müraciətləri, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərə almağı xahiş edir.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti