...

Azərbaycan məktəblərində xarici dillərin tədrisi intensivləşdiriləcək - nazir

Cəmiyyət Materials 4 Sentyabr 2009 11:56 (UTC +04:00)
Azərbaycan məktəblərində xarici dillərin tədrisi intensivləşdiriləcək - nazir

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir C.Babayeva /

2009-2010-cu tədris ilindən Azərbaycanın orta məktəblərində xarici dillərin tədrisi intensivləşdiriləcək.

"Orta məktəblərdə xüsusilə ingilis və rus dillərinin tədrisi intensivləşdiriləcək", - cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Təhsil Nazirliyi ötən ildən British Counci-un dəstəyi ilə Bakının yeddi məktəbində ingilis dilinin tədrisinin intensivləşdirilməsinə başlayıb", - Mərdanov qeyd edib. "Yeni tədris ilindən bu layihə davam etdiriləcək. Bu məktəblərin birinci, ikinci, beşinci və altıncı siniflərdə ingilis dilinin tədris saatları artırılacaq. İngilis dili fənni üzrə dərs vəsaitləri Böyük Britaniyadan gətiriləcək. İngilis dili ixtisas kursları keçən müəllimlər tərəfindən tədris olunacaq", - deyə nazir bildirib.

"Rus dilinin tədrisinin intensivləşdirilməsi Azərbaycanın 50 məktəbində həyata keçirilir", - Mərdanov qeyd edib. "Bu layihə Rusiyanın Azərbaycandakı səfirliyi və Rusiyanın Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Rus dili müəllimləri Rusiyada kurslar keçiblər. Dərs vəsaitləri də həmin ölkədən gətiriləcək", - təhsil naziri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti