...

Ermənistanda Azərbaycan cüdoçuları yarımfinal mərhələsinə çıxıb

Cəmiyyət Materials 11 Sentyabr 2009 13:21 (UTC +04:00)
55 kilqoramda İlqar Müşkiyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, çətinlik çəkmədən Viktor Qarsiyanı (İspaniya) məğlub edib. Öncə yuka fəndi işlədən İlqar ardından ippon sayəsində “təmiz qələbə” qazanaraq, 1/4 finalda iştirak hüququna yiyələnib. Müşkiyevin növbəti rəqibi fransalı Maksim Dufondur.
Ermənistanda Azərbaycan cüdoçuları  yarımfinal mərhələsinə çıxıb

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir F.Hüseynli /

Ermənistanın paytaxtı İrəvanda gənc cüdoçular arasında Avropa çempionatı start götürüb və yarışın ilk günündə cüdoçularımızdan üçü yarımfinal mərhələsinə çıxıb.

Trend -un məlumatına görə, birinciliyə Azərbaycanın 5 idmançısı qatılıb. Yarışın ilk günü 3 həmvətənimiz qüvvəsini sınayır.

55 kilqoramda İlqar Müşkiyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, çətinlik çəkmədən Viktor Qarsiyanı (İspaniya) məğlub edib. Öncə yuka fəndi işlədən İlqar ardından ippon sayəsində "təmiz qələbə" qazanaraq, 1/4 finalda iştirak hüququna yiyələnib. Bu mərhələdə Müşkiyev növbəti rəqibi fransalı Maksim Dufonu məğlub edib. Yarımfinalda o, rumıniyalı Kosmin Lazareanla görüşəcək.

Rasim Əsədullayev (60 kq) Müşkiyev kimi, tatami üzərinə ikinci mərhələdə çıxıb. Həmyerlimiz birinci görüşdə ukraynalı Artyom Xarçenkoya heç bir şans verməyib. O, 2-ci dəqiqə 14-cü saniyədə Artyomu ippon fəndinə salıb. Əsədullayev 1/4 finalda Andreas Krassasla (Kipr) qarşılaşıb. Gərgin keçən görüşdə cüdoçumuz yuka fəndi ilə qalib gəlib. Bununla da, Rasim İrəvanda Azərbaycan bayrağını yüksəltməyə, himnimizi səsləndirməyə yaxındır. Bunun üçün o, ilk növbədə yarımfinalda Floren Uranini məğlub etməlidir.

Fəqan Eminoğlu (66 kq) debütdə uğur qazanıb. O, estoniyalı Evert Roopsonu məğlub edib. Cüdoçumuz 1/8 finalda Çedrik Bessi (Çernoqoriya) ilə güləşib və cəmi 48 saniyəyə rəqibi ippon fəndinə salıb. Fəqan 1/4 finalda Macarıstan idmançısı Zsolt Qorjanatsı üstələyib, yarımfinalda ukraynalı Artyom Bulıqa ilə görüşəcək.

Yığmamızın digər üzvləri Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) qarşıdakı günlərdə çıxış edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti